Messi “Barselona”nın 16 yaşlı istedadından danışdı

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi sabiq klubu “Barselona”nın 16 yaşlı istedadı Lamin Yamalın çıxışlarını şərh edib.

Arena.az “Xavi Era” dərgisinə istinadən, Messinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İnsanlar Lamini yalnız bir neçə ay əvvəl tanımağa başlayıblar, amma mən onu 6 ildir ki, “La Masiya”da “Madrid”ə qarşı oynayandan və üç qol vurandan tanıyıram. Onun bu qolları məhz necə vurduğu məni də heyrətləndirmişdi”, deyə Messi gənc futbolçunu tərifləyib.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Kral Kuboku (2022/2023) var.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: