Messi Yamalın körpəlik fotosu haqqında: “Bu, sadəcə dəlilikdir”

Argentina millisinin kapitanı Lionel Messi illər əvvəl Lamin Yamalın körpə olarkən onunla çəkdirdiyi məşhur fotonun tarixçəsinidən danışıb.

Arena.az xəbər verir ki, aylar öncə sosial şəbəkələrdə Messinin bir neçə aylıq Yamalı çimizdirdiyi foto geniş yayılmışdı. Həmin şəkil BMT-nin Uşaq Fondunun (UNICEF) xeyriyyə layihələrindən biri çərçivəsində çəkilmişdi.

Messi bu barədə keçirilən mətbuat konfransında danışıb:

“Bu foto sadəcə dəlilikdir. Mən onunla bu şəkli o hələ körpə olanda çəkdirmişdim. İndi isə dünya çempionluğu uğrunda finalda qarşılaşacağıq. Bu, həqiqətən də inanılmazdır”.

Argentina millisinin lideri Yamalın hazırda dünyanın ən güclü futbolçularından biri olduğunu da vurğulayıb:

“Heç bir şübhə yoxdur ki, o, hazırda dünyanın ən yaxşı futbolçularından biridir. Ona böyük uğurlar arzulayıram. Çünki onun uğuru “Barselona” üçün də yaxşıdır.

Amma biz finalda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik və onun ən yaxşı oyununu göstərməsinə imkan verməməyə çalışacağıq. Bu, çox çətin olacaq. Təkcə Lamini deyil, bütün İspaniya millisini dayandırmağa çalışacağıq. Onların çox güclü və yüksək səviyyəli futbolçuları var”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək həlledici qarşılaşma iyulun 19-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: