Mesut Özil Ramazan ayı ilə əlaqədar 100 min avroluq yardım etdi

Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Mesut Özil Türk Qırmızı Aypara Cəmiyyətinə (Türük Kızılay) 100 min avroluq yardım edib.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Türk Qırmızı Aypara Cəmiyyəti Ramazan ayı ilə əlaqədar xüsusi kampaniyaya start verib. Təcrübəli futbolçu da bu kampaniyaya dəstək olmağa qərar verib. Qurumdan verilən məlumata görə, sözügedən kampaniya çərçivəsində 6 saat içində “Türk Kızılay”a 51.1 milyon lirə bağışlanıb.

Özilin 100 min avroluq yardımından 128 min ehtiyac sahibi faydalana biləcək. “Türk Kızılay” Türkiyə, İndoneziya, Banqladeş, Somalidə ehtiyacı olan insanlara qida yardımı edəcək, eləcə də uşaqlar üçün oyuncaqlar alınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: