Miçel “Jirona”nın çempion olması üçün nə gərək olduğunu açıqladı

La Liqanın cari mövsümünün kəşfi “Jirona”nın baş məşqçisi Miçel komandasına çempionluq üçün nə gərək olduğunu açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən, Miçelin bu barədə fikirlərini təqdim edir:

“Real”, “Barselona” və “Atletiko” İspaniya çempionluğunu qazanmaq üçün qurulublar, “Jirona” – yox. Çempionluğa iddia etmək üçün mövsümün ikinci yarısını möhtəşəm keçirməli və ümumilikdə 80-90 xal toplamalıyıq. Biz əsas tapşırığı yerinə yetirmişik – La Liqadakı qeydiyyatımızı qoruyub saxladıq. İndi avrokuboklar üğrunda mübarizə apara bilərik”, deyə Miçel bildirib.

İspaniya La Liqasının 18 turundan sonra “Real” 45 xalla turnir cədvəlinə başçılıq edir. Eyni miqdarda xal toplamış “Jirona” isə 2-ci pillədədir, “Kral Klubu” Kataloniya təmsilçisini topların daha yaxşı fərqinə və həmçinin şəxsi oyundakı nəticəyə görə (3:0) üstələyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: