Mika Qodts “Ayaks”dan PSJ-yə keçdi – 45 milyon avroya!

Futbol üzrə Belçika millisinin və Niderland nəhəngi “Ayaks”ın gənc vingeri Mika Qodts bundan sonra PSJ-nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Fransa çempionu “Ayaks”ın 21 yaşlı belçikalı vingerini transfer etdiyini açıqlayıb. Transferin məbləği 45 milyon avro təşkil edib. Bonuslarla birlikdə sövdələşmənin ümumi dəyəri 55 milyon avroya çata bilər.

Qodts PSJ ilə 2031-ci ilin yayına qədər 5 illik müqavilə imzalayıb. Luis Enrikenin komandasında belçikalı futbolçu 22 nömrəli formada çıxış edəcək.

Mika Qodts 2024-cü ilin yanvarından “Ayaks”da çıxış edirdi. Amsterdam klubunda tədricən əsas heyətin vacib futbolçularından birinə çevrilən vinger bütün turnirlərdə 115 matç keçirib, 26 qol vurub və 28 məhsuldar ötürmə verib.

21 yaşlı futbolçu üçün xüsusilə ötən mövsüm uğurlu olub. O, mövsüm ərzində 17 qol+15 assist göstəricisi ilə yadda qalaraq Avropanın bir sıra aparıcı klublarının diqqətini cəlb edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: