Mikel Amondarayn “Bolonya”da – 10 milyon avroluq transfer!

Argentinanın “Estudiantes” klubunun mərkəz yarımmüdafiəçisi Mikel Amondarayn bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Bolonya” 21 yaşlı futbolçunun transferi üçün “Estudiantes”ə 10 milyon avro təzminat ödəyib. Gənc yarımmüdafiəçi ilə İtaliya klubu arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalanıb.

Amondarayn yeni komandasında 8 nömrəli formanı geyinəcək.

Mikel Amondarayn “Estudiantes”in öz yetirməsidir. Argentinalı futbolçu doğma klubunun əsas komandasında bütün turnirlər daxil olmaqla 41 oyunda meydana çıxıb. O, bu matçlarda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: