“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 31-ci turunun “Brentford”la ev oyunuda heç-heçəni (1:1) şərh edib.
Arena.az “Arsenal”ın rəsmi satytına istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Mən nəticədən pərişanam. Bu, çoxlu fəsadlar yaradan və qarşı oynamağın çox çətin olduğu bir komandadır. Buna görə də bizə, səbrimizi basmaq, üstünlüyümüzü saxlamaq, onlara, qaçaraq əks hücumlara keçməyə imkan verməmək, standart vəziyyətlərdə isə xüsusilə diqqətli olmaq gərək idi. Çünki onlar burada həqiqətən çox təhlükəlidirlər.
Mən düşünürəm ki, oyunun böyük bir hissəsində biz bunların öhdəsindən gəldik. Amma künc zərbəsinə yol açmış məqam pərişanlıq doğurur. Xüsusən də ona görə ki, bu məqamda biz oyuna tamamilə nəzarət edirdik. Biz quruluşumuzu qoruyub-saxlamadıq, onlara qaçmaq imkanı verdik və bu, künc zərbəsilə yekunlaşdı. Ardınca isə hər şey hücumun birinci, ikinci, üçüncü mərhələsinə keçdi. Biz topu ötürənin yaxınlığındakı bölgəni kifayət qədər yaxşı qorumadıq, oyunçuya cərimə meydançasına qaçmağa imkan verdik. O pərakəndə mənzərə başladı – topa birbaşa yaxınlıqda cərimə meydançasında çoxlu oyunçular. Bu, artıq lotereyadır ki, məhz elə, belə oyunu da onlara qarşı oynamaq istəmirdik”, deyə Mikel Arteta məyusluqda vurğulayıb.
32 oyundan 63 xalla “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Brentford” isə 43 xalla 11-ci pillədədir.
Premyer Liqaya 76 xalla “Liverpul” başçılıq edir.


