“Milan” bir əsrə bərabər antirekorda imza atdı

2023-cü ildə “Milan” bütün yarışlarda 64 qol buraxıb ki, bu da 1929/1930 mövsümündən bəri bir təqvim ilində “rossoneri”nin antirekorddur.

Arena.az bu barədə “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir.

İtaliya A Seriyasının cari mövsümündə milanlılar keçirdikləri 17 oyunda 33 xal toplayıblar. Stefano Piolinin yetirmələri turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. “Rossoneri”ni 40 xal toplamış “Yuventus” və çempionatın 44 xalla lideri olan “İnter” qabaqlayır.

Xatırladaq ki, “Milan” UEFA Çempionlar Liqasının qrup mərhələsində “F” qrupunda 3-cü yeri tutub. Nəticədə İtaliya nəhəngi cari mövsümdə qitənin ən mötəbər turnirində iştirakına xitam verib. “Rossoneri” PSJ və qrupun qalibi “Borussiya”nı (Dortmund) önə buraxıb, əvəzində “Nyukasl”ı qabaqlayaraq, Avropa Liqasında iştirak hüququ qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: