Millimiz FİFA reytinqində 2 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Arena.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib.

Canni De Byazinin rəhbərlik etdiyi komandamız 2 pillə geriləyərək, 110-cu sırada qərarlaşıb. Millimizin hesabında 1168.53 reytinq xalı var. Azərbaycan yığması bundan əvvəlki reytinq cədvəlində 108-ci yerdə idi.

Azərbaycan millisi mart ayında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2, yoxlama görüşündə isə Qətərə 1:2 hesabıyla uduzub.

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması 5-ci (1166.12 xal), Serbiya 25-ci (1512.90), İrlandiya isə 47-ci pillədə (1427.22) yer alıb. 1244.86 xala malik Lüksemburq da 96-cı pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xala malik Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür. 1505.05 xalı olan və 3 pillə irəliləyən Türkiyə millisi isə 29-cu sıradadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: