MLS-in İntizam Komitəsi “İnter Mayami”nin hücumçusu Lionel Messini “Filadelfiya” ilə oyunda rəqib oyunçuya qarşı hərəkətinə görə cərimə edib.
Arena.az xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş dəqiqələrdə baş verib.
Oyunun dayandırıldığı epizod zamanı Messi “Filadelfiya”nın yarımmüdafiəçisi Kuinn Sallivanla qısa sözlü mübahisə yaşayıb. Bundan sonra argentinalı futbolçu rəqibinin başına əli ilə toxunaraq onu itələyib.
MLS-in İntizam Komitəsi Messinin liqanın rəqib futbolçunun üzünə, başına və ya boynuna əllə zərbə endirmə ilə bağlı qaydalarını pozduğunu müəyyənləşdirib. Buna görə 39 yaşlı hücumçuya maliyyə cəzası tətbiq olunub. Komitə cərimənin konkret məbləğini açıqlamayıb.
Qarşılaşma avqustun 20-də keçirilib və 2:2 hesabı ilə başa çatıb. Lionel Messi “İnter Mayami”nin qollarından birinin müəllifi olub.


