Monteneqro – Azərbaycan matçında andorralı hakimlər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Monteneqro yığmasına qarşı keçirəcəyi oyunun hakimləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Belə ki, UEFA Millətlər Liqasının aprelin 8-də keçiriləcək Monteneqro – Azərbaycan matçını Andorradan olan hakimlər idarə edəcəklər. Marta San Xuan baş hakim təyin olunub. Ona yan xətt hakimləri Aynoa Fernandes və Luis Akosta onun kömək edəcəklər. Dördüncü hakim funksiyasını Antuan Şiaramonti yerinə yetirəcək.

Qeyd edək ki, bu matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: