İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Romeo Laviya ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, İngiltərə çempionu gənc oyunçunu Premyer Liqanın digər təmsilçisi “Sauthempton”a satıb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Belçikadan olan dayaq yarımmüdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
İngiltərə mətbuatının yazdığına görə, Romeonun transferi “Sauthempton”a 15 milyon avroya başa gəlib.
“Anderlext”in yetirməsi olan Romeo Laviya, 2020-ci ilin yayında “Mançester Siti”yə transfer olunmuşdu. O, bu klubun gənclərdən ibarət komandasında forma geyinsə də, əsas komandaya yüksələ bilməyib. Laviya həm də Belçikanın U-21 yığmasının üzvüdür.


