“Bayern”in alman hücumçusu Tomas Müller argentinalı hücumçu Lionel Messi və fransalı sabiq futbolçu Zinəddin Zidanla müqayisəsindən danışıb.
Arena.az “Bild” nəşrinə istinadən, alman futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mənim üçün ən önəmlisi statistika deyil, komandam, klubum və azarkeşlərlə yaşaya biləcəyim ümumi təəssürat və məqamlardır. Futbolun sehri həm də estetika və zəriflikdədir.
Nə vaxtsa oxumuşdum ki, Zinəddin Zidandan daha yaxşı bombardirlik göstəricilərim var. Amma mən özümü aldatmıram: oyunun sehri baxımından Messi və Zidan kimi sehrbazlar məndən tamamilə fərqlidirlər.
Qollar və ya qənimətlər kimi rəddedilməz amilllər vacibdirlər, amma futbol bundan daha artıqdır. Bu, xüsusilə Messi məsələsində nəzərə çarpır. Kənardan elə görünür ki, o, yerində çox dayanır, amma Messi bunu düzgün yerlərdə edir ki, ardınca turbo rejimini işə salıb qol vura bilsin. Bunun üçün heç kim onu qınamamalıdır”, deyə Müller bildirib.


