Murat Yakın almanlarla matçda əldən verilmiş qələbədən danışdı

İsveçrə yığmasının baş məşqçisi Murat Yakın AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Almaniya yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az xatırladır ki, bundestim oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+2) məğlubiyyətdən qurtulub.

“İlk növbədə mən öz futbolçularımı təbrik etməliyəm. Bu, taktiki oyun idi. Biz döyüşür, çox qaçırdıq, belə rəqibə qarşı bu, çətindir. Amma oyunumuzdan razıyam. Bu, böyük bir sınaq idi. Hücumçularımız yaxşı iş gördülər, hücumda və müdafiədə yaxşı çıxış etdilər. İndi növbəti oyuna hazırlaşmağa bir həftə vaxtımız var. Yenilməz olduğumuz üçün şadam. Birincilik üçün bu, kifayət etmədi, amma bu, müsbət haldır. Bu, çox çalışqan və düzgün komanda ruhuna malik komandadır”, – UEFA-nın mətbuat xidməti türkəsilli isveçrəli mütəxəssisdən sitat gətirir.

Qrup mərhələsinin yekununda “A” qrupunun yarış cədvəlində komandalar belə sıralanıblar:

  1. Almaniya – 7 xal
  2. İsveçrə – 5 xal
  3. Maracırstan –3 xal
  4. Şotlandiya – 1 xal

Almaniya və İsveçrə yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

Macarıstan yığmasının aqibəti isə qrup mərhələsinin sonunda məlum olacaq. Meydanda gücləri qrupda 3-cü yeri tutmağa yetmiş macarlar, 3-cü yeri tutmuş 4 ən yaxşı yığma arasında yer alaraq 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün indi ancaq dua etəklə məşğuldurlar.

Şotlandiya yığması isə şələ-küləsini toplayıb evə qayıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: