Murat Yakın: “Hələ heç nə qazanılmayıb”

İsveçrə yığmasının baş məşqçisi Murat Yakın AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Macarıstan yığması üzərində qələbəni (3:1) şərh edib.

Arena.az RSI dərgisinə istinadən, türkəsilli isveçrəli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Komanda və heyətə tərifləri çatdıracağam, biz hamımız bu məqam üçün əla azarkeşlər qarşısında birlikdə çalışdıq. Bu gün hamı yaxşı çıxış etdi, birinci hissədə üstün olduq. Biz belə bir hücumçu axtarırdıq və Dua bu gün yaxşı oyun keçirdi. Digər tərəfdən, Ebişer adətkar mövqeyində oynamasa da, xeyli imkan yaratdı və fantastik qol vurdu. Təriflərə görə sağ olun, amma hələ heç nə qazanılmayıb”, deyə Murat Yakın vurğulayıb.

1-ci turdan sonra İsveçrə yığması “A” qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Eyni miqdarda xal toplamış, çempionatın ev sahibi Almaniya yığması qrupun lideridir. Macarıstan və Şotlandiya yığmaları isə xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: