Murat Yakın: “Macarıstan yığması ilə bizi çətin oyun gözləyir”

İsveçrə yığmasının baş məşqçisi Murat Yakın Macarıstan yığması ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 1-ci tur oyunundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, türkəsilli isveçrəli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Macarıstan yığması çox güclü komandadır. Bizi çox çətin oyun gözləyir. Biz üçün özümüzün çox güclü tərəflərini istifadə etmək vacibdir və ümidvarıq ki, futbolumuz nöqteyi-nəzərindən “gözlənilməz” oyun keçirəcəyik. Biz onlara çağırış etməyə və bundan qalib çıxmağa çalışacağıq. Ancaq bu, həmin gün bizdən uğur və yaxşı nəticələr tələb edir. Biz üzərində çalışdığımız öz oyunumuzu oynamalıyıq. Bu oyunda bizə çağırış edəcəklər, biz isə bundan mütləq faydalanmalıyıq”, deyə Murat Yakın vurğulayıb.

Xatırladaq ki, Macarıstan – İsveçrə oyunu bu gün, iyunun 15-də Kölnün “Reyn Enerqi” stadiounda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: