Mustafayeva “Qalatasaray” – “Yunion” oyununa təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, o, UEFA Gənclər Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: