“Real”ın müdafiəçisi Naço Fernandes komandanın hücum xəttini necə gücləndirməsi haqda təsəvvürünü paylaşıb.
Arena.az “Relevo”ya istinadən xəbər verir ki, Naço bu haqda “El Chiringuito”ya danışıb:
“Kərim (Benzema) kimi vacib oyunçular bizi tərk etdi və bizim qollara ehtiyacımız var. Mbappe? Hər şey məndən asılı olsaydı, onu bu yay gətirərdim. Məntiqidir.
Harri Keyn bu yay, Mbappe isə növbəti mövsümdə ideal münasib olardı”.
Xatırladaq ki, daha əvvəl Naço Fernandes “Kral klubu” ilə müqaviləsini yeniləyib və futbolçunun növbəti mövsümdə kapitan sarğısını daşıyacağı bildirilir.


