Naço Fernandes “Real”dan ayırlması haqda danışdı

Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubunun müdafiəçisi Naço Fernandes “Real”dakı karyerası və klubdan ayrılması haqda danışıb.

Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Həyatımın klubunda hər şeyə nail olduğum və azarkeşlərin məni sevdiyi üçün xoşbəxtəm. Bu, çox vacibdir. İçimdən başa düşürdüm ki, bu, sonuncu ildir. Şübhələr olsa da, bilirdim ki, klubumla macəramı yaxşı başa vurmaq üçün doğru vaxtdır”, deyə Naço bildirib.

Xatırladaq ki, Naço Fernandes “Real”ın futbol akademiyasının yetirməsidir. O, bütün karyerasını Madrid klubuna həsr edib.

2007-ci ildə “qaymaqlılar”ın düşərgəsinə daxil olmuş Naço 2012-ci ilin sentyabrında “Real”ın əsas komandasına keçirilib.

Ümumilikdə Naço “Real”ın heyətində 364 oyuna çıxıb, 16 qol, 10 məhsudlar ötürmə ilə fərqlənib.

Naço Fernandes “Real”la bütün ali futbol qənimətlərini qazanıb. O, xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçlə birlikdə 26 qənimətlə “Real” tarixinin ən zəngin oyunçusudur.

İspan futbolçu bu yay “Real”dan azad agent kimi ayrılıb və Qətərin “Əl-Kadisiya” klubu ilə 2 illik müqavilə bağlayıb.

Naço Fernanses 2013-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyuna çıxıb, 1 qol vurub və 1 məhsudlar ötürmə verib. Naço “qırmızı qəzəb”lə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: