Nagelsman İsveçrə yığması ilə heç-heçəni şərh etdi

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İsveçrə yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az xatırladır ki, bundestim oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+2) məğlubiyyətdən qurtulub.

“Biz hesabı bərabərləşdirməklə stadionu oyatdıq. İsveçrə yığması ilə oynamaq narahat idi, onlar çox aqressiv davranırdılar.

Ümumiyyətlə, uzun müddət yaxşı müdafiə olunduq, qapımıza vurulmuş qoldan sonra çox cəhdlər etdik, çox risk etdik və sonda bir xalı haqq etdik”, Alman Futbol İttifaqının (DFB) mətbuat xidməti alman mütəxəssisdən sitat gətirir.

Qrup mərhələsinin yekununda “A” qrupunun yarış cədvəlində komandalar belə sıralanıblar:

  1. Almaniya – 7 xal
  2. İsveçrə – 5 xal
  3. Maracırstan –3 xal
  4. Şotlandiya – 1 xal

Almaniya və İsveçrə yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar.

Macarıstan yığmasının aqibəti isə qrup mərhələsinin sonunda məlum olacaq. Meydanda gücləri qrupda 3-cü yeri tutmağa yetmiş macarlar, 3-cü yeri tutmuş 4 ən yaxşı yığma arasında yer alaraq 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün indi ancaq dua etəklə məşğuldurlar.

Şotlandiya yığması isə şələ-küləsini toplayıb evə qayıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: