Nagelsman: “İtaliyanı məğlub etmək üçün hər şeyi etdik”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqası 1/4 finalının İtaliya yığması ilə ilk oyununu (2:1) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bizim, oyunu çevirərək əzmkar qələbəni necə qoparmağımız məni xüsusilə sevindirdi. Oyun ərəfəsində demişdim ki, biz hər iki oyunu qazanmaq istəyirik. Əvəzetmədən meydana çıxmış futbolçularım özlərini əla göstərdilər, ikinci hissədə isə biz daha da çoxlu qol vura bilərdik. Fasiləyə qədər fəsadlarımız vardı, amma biz köklü dəyişikliklər etmirdik. Komandam həvəsini nümayiş etdirdi və qələbə qazanmaq üçün hər şey etdi”, deyə Nagelsman məmnunluqla vurğulayıb.

Komandalar arasındakı cavab oyunu martın 23-də Dortmunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: