“Napoli” komandanın əfsanəvi sabiq futbolçusu Antonio Yulianonun ölümü haqda xəbəri klubun “X” sosial şəbəkə hesabı üzərindən bəyan edib.
Arena.az Neapol klubunun bu barədə məlumatını təqdim edir:
“Bu, “Napoli”nin və azarkeşlərinin tarixində ən pis günlərdən biridir. İki onillik boyu “Napoli”də olan Antonio Yuliano vəfat edib. Onu tanımayanlar üçün onun kim olduğunu və şəhərimiz üçün nəyi təcəssüm etdirdiyini söyləməyə dəyər. Çao, Totonno!”.
Antonio Yuliano 1 yanvar 1943-cü ilədə Neapolda anadan olub. İtalyan futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edib. Antonio “Napoli” və “Bolonya”da oynayıb. Yuliano 1968-ci il Avropa çempionu, oynadığı oyunların sayına görə Neapol klubunun rekordçusudur. Yulianonun bu komandanın heyətində bütün yarışlarda 502 oyunu var.
Antonio futbolçu karyerasına doğma şəhərində, “Napoli” ilə başlayıb. Əvvəlcə gənclər komandasında oynayıb, sonra isə əsas komandaya keçib. 1962-ci ildə Antonio A Seriyasında debüt edib. Yuliano 1978-ci ilə qədər “Napoli”də çıxış edib, bu müddət ərzində 2 dəfə İtaliya çempionatının gümüş mükafatçısı, 2 dəfə İtaliya Kubokunun qalibi və 2 dəfə finalçısı, Alp Kubokunun, İngiltərə-İtaliya Liqa Kubokunun qalibi olub. Bundan sonra Yuliano karyerasını “Bolonya”da davam etdirib və burada da butslarını mıxdan asıb.
Antonio Yuliano İtaliya yığma komandasında 1966-cı ildə debüt edib. Həmin il dünya çempionatına yollanıb, amma heç bir oyunda meydana çıxmayıb. 2 il sonra Yuliano Avropa çempionatının qalibi olub. Daha sonra 1970-ci və 1974-cü illərdə Dünya Kuboklarında İtaliya komandasının heyətində alıb. Amma Yuliano 1 oyunda – Braziliya millisinə qarşı 1970-ci il Dünya Kubokunun final oyununda (1:4) meydana çıxıb. 1974-cü ildə Yuliano 18 oyunda şərəfini qoruduğu İtaliya yığmasında karyerasını başa vurub.
Oyunçu karyerasını bitirdikdən sonra Yuliano Neapol klubunda idarəçi kimi işləməyə davam edib. Yulianonun bu vəzifədə əsas nailiyyəti argentinalı futbol əfsanəsi Dieqo Maradonanın “Napoli”yə transferi olub.
Antonio Yuliano bu gün, dekabrın 13-də 80 yaşında vəfat edib.



