İtaliya A Seriyasının cari çempionu “Napoli”nin azarkeşləri komandanın cari mövsümdə uğursuzluqlarından cana doyublar.
Arena.az məlumat verir ki, A Seriyasının 25-ci turunda doğma “Dieqo Armando Maradona” stadionunda “Cenoa”ya qarşı 1:1 hesablı heç-heçə neapollu azarkeşlərin səbr kasasını daşdırıb.
Tərfdarlar oyun boyu komandanı zil səslə fitə basıblar. Üstəlik, tərəfdarlar klubun prezidenti Aurelio De Laurentiisin də ünvanına çağırış ünvanlayıblar. Tribunalar “De Laurentiis, bu çağırışı eşit: biz daha yaxşısına layiqik!”, deyə hayqırıblar.
24 oyundan 36 xal toplamış “Napoli” A Seriyasının turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Eşşəkciklər”in çempionluq ümidlərinin puç olduğu aşkardır, üstəlik, komanda gələn mövsüm avrokuboklarda iştirak imkanlarını da itirə bilər. Belə ki, italyan mütəxəssis Valter Massarrinin rəhbərliyi altında ortabab oyun nümayiş etdirən komandanın sabitliyi də axsayır.


