“Napoli”nin futbolçularını komandanın keyfiyyətsiz oyunu və rüsvayçı nəticələrinə görə növbəti oyuna qədər oteldə “ev dustağı” ediblər.
Arena.az bu barədə “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klub prezidenti Aurelio De Laurentis komandanın yanvarın 13-də İtaliya A Seriyasının 20-ci turunda “Salernitana”ya qarşı keçirəcəyi növbəti oyuna qədər futbolçuların oteldə qalması barədə göstəriş verib.
De Laurentis oyunçulara bildirib ki, bu, “cəza tədbiri” deyil, amma Neapol klubunun rəhbərliyi tərəfindən komandanın hazırkı qeyri-qənaətbəxş nəticələrini yaxşılaşdırmaq üçün zəruri düşündürücü gedişdir.
Xatırladaq ki, İtaliya çempionatının son 5 turunda “Napoli” 3 dəfə məğlub olub. Qalan iki oyunda 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb.
İtaliya A Seriyasının birinci dövrəsindən, 19 turdan sonra “Napoli” 28 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.
Vurğulayaq ki, biabırçı vəziyyətə yuvarlanmış bu komanda İtaliya A Seriyasının cari çempionudur. Üstəlik, klub rəhbərliyi ehtiyat edir ki, vəziyyətin düzəlməyəcəyi və belə davam edəcəyi halda komanda nəinki mükafatçılar arasına düşməyə, hətta avrokuboklardan kənarda qala bilər. Çempionluğun əldən verdildiyini isə Neapol klubunun azarkeşləri artıq anlayırlar.


