“Napoli” “Mançester Yunayted”in futbolçusunu icarəyə götürdü

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Aksel Tuanzebeni transfer edib.

Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında “Napoli”nin formasını geyinəcək.

İtaliya klubu ingilis futbolçunun yarım illik icarəsi üçün “Mançester Yunayted”ə 600 min avro ödəyəcək.

Aksel Tuanzebe bu mövsümün ilk yarısını İngiltərənin “Aston Villa” klubunda icarədə keçirib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində 11 matça çıxıb.

“Mançester Yunayted”in öz yetirməsi olsa da, bu komandada möhkəmlənə bilməyən Tuanzebe, əvvəlki mövsümlərdə də qısa fasilələrlə “Aston Villa”da icarədə oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: