“Napoli” – “Milan” matçından sonra arenada kişi meyiti tapıldı

A Seriyasının 10-cu turunun “Napoli” – “Milan” oyunundan sonra matçın keçirildiyi stadionun yeraltı dayanacağında kişi meyiti tapılıb.

Arena.az bu barədə “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, meyit gecə saat ikidən sonra “Dieqo Armando Maradona” stadionunun qonaq sektorunun altındakı tərk edilmiş otaqda aşkar edilib. Polisin hadisəni bərpası istiqamətində ilkin ehtimalına görə, oyunu canlı izləmək üçün stadiona daxil olmağa çalışmış biletsiz iki qaçaq tunel vasitəsilə tribunalara daxil olmağa çalışıb. Mərhumun dostu öz yolunu binanın təməlinin aparıcı yoğun tiri kəsdiyini görərək, cəhdindən əl çəkib. 42 yaşlı kişi isə təxminən 20 metr hündürlükdən yerə yıxılaraq canını tapşırıb.

Xatırladaq ki, dünən, oktyabrın 29-da “Napoli” və “Milan” meydandan sülhlə ayrılıblar – 2:2.

“Milan” 22 xalla turnir cədvəlinin 3-cü, “Napoli” isə 18 xalla 4-cü pilləsində qərarlaşıb. A Seriyasına 25 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: