“Napoli” Super Liqaya qoşulmağa razıdır

İtaliya A Seriyasının cari çempionu, Neapol təmsilçisi “Napoli” yeni Avropa Super Liqasına qoşulmağa hazırdır.

Arena.az ANSA nəşrinə istinadən məlumat verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis Avropa Məhkəməsinin Super Liqa ilə bağlı qərarını alqışlayır və “Napoli”nin layihədə iştirakını nəzərdən keçirməyə hazırdır.

Beləliklə, neapollular yeni turnirdə iştirak etməyə hazır olduqlarını açıq şəkildə ifadə etmiş üçüncü klub oldular. Əvvəllər bunu Super Liqanın təşkilatçıları olan “Real” və “Barselona” etmişdilər.

Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

İlkin olaraq Super Liqanın yaradılması layihəsinə Avropanın 12 yüksək səviyyəli klubu dəstək verib. Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız “Real” və “Barselona” qalıb. Beləliklə, Super Liqanın təsis edilib keçiriləcəyi halda, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FIFA yarışlarından kənarlaşdırıla bilməzlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: