İtaliya A Seriyasının 17-ci turunda “Roma” ilə səfər oyunundan sonra “Napoli”nin klub avtobusu paytaxtı baş məçqçisiz tərk edib.
Arena.az bu barədə “La Republica” dərgisinə istinadən məlumat verir.
Belə ki, “eşşəkciklər”in “Roma”ya məğlubiyyətindən (0:2) sonra İtaliya A Seriyasının cari çempionunun baş məşqçisi Valter Massarri oyunla bağlı jurnalistlərin çoxsaylı suallarını cavablamağa və bu xüsusda xeyli müsahibə verməyə məcbur olub. Nəticədə italyan mütəxəssis avtobusa gecikib və klub avtobusu paytaxtı baş məşqçisiz tərk etməli olub.
Massarri Neapola qədər 200 km-dən çox məsafəni taksi xidmətindən istifadə etməklə qayıtmağa məcbur olub.
Xatırladaq ki, Valter Mazzarri “Napoli”nin baş məşqçisi vəzifəsində mövsüm ərzində komandanın uğursuz çıxışlarına görə qovulmuş fransız mütəxəssis Rudi Qarsiyanı əvəzləyib.
Hazırda İtaliya A Seriyasında keçirdiyi 17 oyundan sonra “Napoli” 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. İtaliya Kubokunda isə “Frozinone” tərəfindən Neapolda 0:4 hesabı ilə kötəklənmiş “Napoli” turnirdə çıxışını dayandırıb. Çempionlar Liqasında isə ələmə mərhələsinə vəsiqə qazana bilmiş “Napoli”ni turnirin 1/8 final mərhələsində Kataloniya nəhəngi “Barselona” ilə oyunlar gözləyir.


