Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 5-ci turu çərçivəsində baş tutan “Saarbrükken”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. “Ersgebirge” meydanı heç-heçə ilə tərk edib – 0:0.
Dmitri Nazarov bu matçın 70-ci dəqiqəsində meydana buraxılıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ersgebirge” 5 turdan sonra 3 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.


