Azərbaycanın basketbol üzrə “Neftçi” komandası Avropa Kubokunun 2025/2026-cı illər mövsümünün əsas mərhələsində mübarizəyə start verib.
Arena.az xəbər verir ki, “ağ-qaralar” ilk oyununda səfərdə Polşada “Trefl” komandası ilə qarşılaşıb.
Görüş rəqibin 92:63 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi “Abşeron Lions” oktyabrın 16-da Estoniyanın “Kalev” komandasını qəbul edəcək.


