“Neftçi” üçün 300-cü ev qələbəsi

“Neftçi” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində (Premyer Liqa) 300-cü ev qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bu, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”ı məğlubiyyətə uğradıb – 5:0.

Yubiley ölkə çempionatlarında 492-ci ev matçına təsadüf edib. “Neftçi” yüksək dəstədə öz meydanında 113 heç-heçə edib və 79 dəfə xalsız qalıb.

Qeyd edək ki, “ağ-qaralar”ın ilk ev qələbəsi 1992-ci il mayın 8-də qeydə alınıb. Bakılılar Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub ediblər.

Paytaxt təmsilçisi 2026/2027-ci illər mövsümünə uğurlu start verib. Ardıcıl iki qələbə qazanmış “ağ-qaralar” hazırda çempionatın yarış cədvəlində 6 xalla zirvədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: