“Neftçi”nin yetirməsi də “Marcet” akademiyasına üz tutdu

Vaxtilə “Qarabağ” və “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarında oynamış Lorenzo Metsotero İtaliyanın “Atalanta” klubundan ayrılıb.

Arena.az xəər verir ki, 2008-ci il doğumlu vuderkind hazırda Barselonadadır.

Metsotero oktyarın 5-də İspaniyaya yollanıb. O, futbolun sirlərinə Barselonanın “Marcet” akademiyasında yiyələnməyə davam edəcək.

Xatırladaq ki, Lorenzonun atası Sercio Metsotero Azərbaycandakı işindən getdiyi üçün 2 il öncə “Neftçi”də xaruqələr yaradan oğlunu da İtaliyaya aparmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: