“Santos”un 33 yaşlı braziliyalı ulduz hücumçusu Neymar əllə qol vurduğu üçün qırmızı vərəqə alaraq meydandan dərhal qovulub.
Arena.az məlumat verir ki, hadisə Braziliya A Seriyasının 11-ci turu çərçivəsində baş tutmuş “Botafoqo” ilə ev oyununda baş verib.
Hakim təcrübəli oyunçunu 76-cı dəqiqədə əllə oyuna görə meydandan qovub. “Ney” ikinci sarı vərəqə görüb. Buna qədər hücumçu oyunun 45+4-cü dəqiqəsində sarı vərəqə almışdı. “Foqu” isə 86-cı dəqiqədə Arturun vurduğu qolla, liderini idirmiş “balıqlar”ı məğlub edib – 1:0.
Oyundan sonra Neymar müvafiq səbəblə bağlı, özünün sosial şəbəkə hesabları üzərindən duyğusal ruhda yazı paylaşıb:
“Bəzən ümidsizcə qol vurmaq istəyi bizləri xətaya sürükləyir… Komanda yoldaşlarım və azarkeşlərdən üzr diləmək istəyirəm! Mən yanıldım, məni bağışlayın!!! Əminliklə deyə bilərəm ki, əgər meydandan qovulmasaydım, biz üç xalı lap yəqin qazanardıq… Komanda bugünkü oyuna görə əlaçıdır! İtirilmiş bu üç xalı mənim ayağıma yaza bilərsiniz!!!
P.S. İkinci sarı vərəqə ədalətli idi, amma birincisi – bu, sadəcə ədalətsizdir. Mən qaydanı pozdum və dərhal “sarı” aldım… Gör nə qədər pis hakim var… Bu, ancaq mənim fikrimdir… Lütfən, məni daha cəzalandırmayın”, – Neymar dərc edib.
Məğlubiyyət “Santos”a baha başa gəlib. 11 oyundan sonra “balıqlar” 8 xalla yarış cədəvlinin 20 komandası aradında 18-ci pillədə – “zirzəmi”də yer alıb. “Botafoqo” 10 oyundan 15 xalla 10-cu pillədədir.
Braziliya A Seriyasına 24 xalla “Flamenqo” başçılıq edir.


