Neymar: “Az qala “Bayern”ə keçmişdim”

“Santos”un braziliyalı ulduzu Neymar vaxtilə ispan mütəxəssis Xosep Qvardiolanın çalışdırdığı “Bayern”ə mümkün keçidi haqda söhbət açıb.

Arena.az məlumat verir ki, braziliyalı ulduz hücumçu bu barədə “Podpah” “YouTube” kanalına müsahibəsində danışıb:

“Mən az qala Qvardiolaya görə “Bayern”ə keçmişdim. Mən, Puşkaş mükafatını alacağım İsveçrədə idim. Orada mənimlə Qvardiola əlaqə saxladı. O, məni, çalışdırmağa hazırlaşdığı kluba dəvət etmək istəyirdi. “Pep” noutbuk və kağız götürdü ki, öz niyyətlərini açıb-göstərsin və dedi ki, mən il ərzində 60 qol vurmasam, komandasını dəyişməyə hazırdır.

O, hansı klubda işləyəcəyini demək istəmirdi, amma mən onu etiraf etməyə razı sala bildim – söhbət “Bayern”dən gedirdi. O, dedi: “Mən bilirəm, orada soyuqdur, bu, Barselona və Madrid deyil, amma mən sənin haqqında qayğılanacağam, ən yaxşı edəcəyəm. Amma buna rəğmən, mən “Barselona”ya keçməyə qərar verdim, amma “Bayern”lə bağlı seçimi də nəzərdən keçirirdirm”, deyə “Ney” bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış Neymar cari mövsümdə “balıqlar” üçün 6 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 231 oyun, 138 qol və 67 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: