PSJ-nin braziliyalı ulduz hücumçusu Neymar cari yay transfer pəncərəsində Fransa nəhəngini tərk etmək fikrində deyil.
Arena.az bu barədə “L’Équipe” istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Neymarın qərarına bir çox amillər səbəb olub: braziliyalı ulduza artıq öyrəşdiyi Parisdə rahatdır, futbolçu yaxınlarda ikinci dəfə ata olub və həmçinin illik 25 milyon avro məbləğində cari məvacibindən tam razıdır. Bundan əlavə, ulduz hücumçunun iddiası var: o, PSJ ilə zədəsiz mövsüm keçirməyə və UEFA Çempionlar Liqasını qazanmağa can atır.
Xatırladaq ki, Neymar daha əvvəl də PSJ-də qalmaq istədiyini bildirmişdi. Braziliyalı futbolçu 2017-ci ildən Fransa nəhənginin heyətində çıxış edir. Neymarın parislilərlə müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə hücumçu PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib. O, parislilərlə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı 31 yaxşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


