Neymar: “Messi bütün zamanların ən görkəmli futbolçusudur”

“Santos”un braziliyalı ulduz hücumçusu Neymar bütün zamanların ən böyük futbolçusu hesab etdiyi futbolçudan söhbət açıb.

Arena.az “Give me Sport” dərgisinə istinadən məlumat verir ki, “Ney”in qanaətincə bu futbolçu “İnter Mayami”nin argentnalı ulduz hücumçusu Lionel Messidir:

“Mən Messi ilə oynamışam, o, mənim üçün bütün zamanların ən görkəmli futbolçusudur, o mənim futbol kumirimdir. Messi ilə mən hər gün öyrənmişəm, ya bizim məşqlərimiz zamanı, ya onunla oynayaraq, ya da sadəcə olaraq onun oyununu izləməklə. Bu, məni daha güclü etdi və mənim meydandakı bacarıqlarımı yaxşılaşdırdı, çünki mən ondan daha çoxunu öyrənməyə davam edirdim”, deyə Neymar vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” yeni mövsümündə 2 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 41 oyun, 35 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: