Neymar Messiyə səsləndi: “Bütün dünya sənə təşəkkür edir”

Futbol üzrə Braziliya milli komandasının sabiq hücumçusu Neymar keçmiş komanda yoldaşı Lionel Messiyə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, Neymar sosial şəbəkə hesabında Argentina millisindəki möhtəşəm karyerasına görə Messiyə təşəkkür edib və onun milli komandada son oyunundan zövq almasını arzulayıb.

39 yaşlı Messi Buenos-Ayresdə Benin millisinə qarşı keçiriləcək yoldaşlıq görüşündə Argentina millisinin formasını sonuncu dəfə geyinəcək. Argentinalı ulduz milli karyerasını 8 “Qızıl top”, dünya çempionluğu, Olimpiya çempionluğu və 2 Amerika Kuboku ilə başa vurur.

Neymar paylaşımında Messiyə bu sözləri ünvanlayıb:

“Futbolsevərlər uzun illər ərzində sənin oyunundan zövq alıblar. Tezliklə ölkənin milli komandasının formasında sonuncu matçına çıxacaqsan. Ümid edirəm ki, hər saniyədən zövq alacaqsan və sənə ünvanlanan bütün xoş sözlər səni sevindirəcək.

Sənə yalnız Argentina deyil, bütün dünya futbola etdiklərinə görə təşəkkür edir. Futbolu daha çox sevməyimə səbəb olduğun üçün sağ ol. Səninlə rəqib kimi oynamaq mənim üçün şərəf idi, səninlə birlikdə tarix yazmaq isə daha böyük şərəf oldu. Təşəkkür edirəm, Leo Messi”.

Neymar və Messi 2013–2017-ci illərdə “Barselona”da, 2021–2023-cü illərdə isə PSJ-də birlikdə çıxış ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: