Neymar: “Nə istəsəm, onu edərəm”

Futbol üzrə Braziliya millisinin və Fransanın PSJ klubunun ulduz hücumçu Neymar öz istedadını yüksək qiymətləndirdiyini açıqlayıb.

Arena.az bu haqda “Band Sports”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Neymar, futbol komanda oyunu olmasaydı, özünün artıq bütün zirvələri qazanmış olduğu iddiasında olduğunu bildirib. Braziliyalı ulduz həmçinin “Santos”a qayıtmaq arzusunda olduğunu da etiraf edib:

“Futbolçunun həyatı çox hərəkidir. Bəzən bir yerdə oynayırsan, sonra birdən bu, dəyişir. Təbii ki, mən yenidən Braziliyada, “Santos”da oynamaq arzusundayam. Bir gün bunun baş verəcəyinə ümidvaram. Futbol sürprizlərlə doludur.

Mən heç vaxt ittihamlardan qaçmıram. Hətta əksinə. Həmişə sinəmi döyüb deyirəm ki, “məni qınaya bilərsiniz”. Mən istedadımın hansı səviyyədə olduğuna bələdəm. Mən nəyə qadir olduğumu bilirəm. Amma futbol fərdi idman növü deyil.

Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatardım. Amma yox. Əlbəttə ki, adıma görə təzyiq daha yüksəkdir. Həm meydanda, həm də ondan kənarda. Bəzən mən böyük tənqidlərlə razılaşmıram, çünki bu, mənim şəxsi həyatımdır, istədiyimi edə bilərəm. Meydanda sözünü sərbəst deyə bilərsən”.

Vurğulayaq ki, Neymar daha çox özünün qeyri-nümunəvi həyat tərzi ilə KİV-in qınaq obyektinə çevrilir və müvafiq məqam onun şəxsiyyətinə kölgə salır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: