Neymar və atası qınandı: “Ata-bala heç kəsə hörmət qoymurlar”

Ötənlərin məşhur braziliyalı mərkəz hücumçusu Valter Kazaqrande PSJ-nin futbolçusu Neymar və onun atasının davranışını tənqid edib.

Arena.az Valter Kazaqrandenin UOL köşəsində bu xüsusda yazdığı yazını diqqətinizə çatdırır:

“Onlar heç kimə hörmət etmirlər. Mən bunu beş ildən artıqdır ki, bu ata və bu oğul haqqında deyirəm, beş ildən çoxdur ki, bu ikisinin davranışı barədə xəbərdarlıq etmişəm, amma indi iş o yerə çatıb ki, artıq heç kimə hörmət qoymurlar. Onlar özlərini tanrı hesab edirlər.
Mən sözləri yazdım və “Titas” qrupunun mahnısından bir sətir götürdüm: “Həmişə Tanrı ola bilməzsən”. Onlar tanrı olduqlarını düşünürlər, heç kimə hörmət etmirlər və bütün dünyanı pulla satın ala biləcəklərini düşünürlər.

Braziliya mətbuatının çoxu isə Neymarı müdafiəsinə işləməklə, ərköyünləşdirirlər. Onun səhv etdiyi şeylər haqqında çox az, ailəsini maraqlandıran şeylər haqqında isə çox danışılır”.

Vurğulayaq ki, Neymar özünün qeyri-nümunəvi davranışı və həyat tərzi ilə artıq neçənci dəfədir qınanıb tənqid edilsə də, bütün bunlar ona heç bir təsir göstərmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: