“Brügge”nin baş məşqçisi Niki Hayen Çempionlar Liqasının 1/16 finalında “Atalanta” üzərində gözlənilməz ev qələbəsini şərh edib.
Arena.az məlumat verir ki, cütün ilk oyununda “Brügge” oyunun təzminat müddətində (90+4-cü dəqiqə) hakimin təyin etdiyi mübahisəli penaltini qola çevirməklə “Atalanta”nı 2:1 hesabı ilə məğlub edib.
Niki Hayen matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə biz çoxlu fürsətlər yaratdıq, ancaq onların gerçəkləşdirilməsində kifayət qədər səmərəli deyildik. Biz “Atalanta”nın kifayət qədər güclü olduğunu və səhvlərə görə rəqibi cəzalandırmağı bacardığını bilirdik, elə, bu səbəbdən də qol buraxdıq. Komanda buna ikinci hissədə düzgün qarşılıq verdi və öz oyununu oynamağa davam etdi.
Bu gün komanda kamil bir oyun nümayiş etdirdi. Oyuna əvəzetmədən daxil olmuş oyunçular da töhfələrini verdilər və oyunun axarını dəyişdilər. Bizə eyni ruhda davam etmək gərəkdir”, – UEFA-nın rəsmi saytı belçikalı mütəxəssisdən sitat gətirir.
Xatırladaqdaq ki, “Brügge” cavab oyunu çərçivəsində fevralın 18-də Berqamoda “Atalanta”nın “qonağı” olacaq.


