Niki Hayen: “Atalanta”ya qarşı yetkin oyun nümayiş etdirdik”

“Brügge”nin baş məşqçisi Niki Hayen UEFA Çempionlar Liqasının 1/16 final mərhələsində “Atalanta”nı keçmələrini şərh edib.

Arena.az məlumat verir ki, ilk oyunda 2:1 hesablı ev qələbəsi qazanmış “Brügge”, cavab oyununda 3:1 hesablı qələbə sayəsində “Atalanta”nı UEFA Çempionlar Liqasından kənarlaşdırıb.

Niki Hayen matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz, fasilədən sonra “Atalanta”nın bütün hər şeyi ortaya qoyacağını bilirdik. Bəzi məqamlarda sadəcə səbr edib dözmək lazım gəlirdi. Simon Minyolenin penaltini dəf etdiyi məqam həlledici oldu. Bəzi məqamlarda çətin idi, amma biz bütün bunların öhdəsindən yaxşı gəldik.

Biz yetkin surətdə oynadıq, özümüzə böyük əminliyi nümayiş etdirdik. Biz bütün bunları hər iki oyunda göstərdik. Ev oyunu bizə bugünkündən daha yaxşı müyəssər oldu, ancaq buna rəğmən, biz azad bölgələrdən yaxşıca faydalandıq. Biz, onların müdafiəçilərinin arxasındakı azad məkanı sezdik, bizim hücumçularımız isə bu bölgələrə cumaraq qollarımızı vurdular” – UEFA-nın rəsmi saytı belçikalı mütəxəssisdən sitat gətirir.

“Brügge” Çempionlar Liqasının 1/8 mərhələsində mübarizəsini davam etdirəcək. Belçika təmsilçisi bu mərhələdə “Lill” və ya “Aston Villa” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: