Niko Kovaç “Barselona” ilə cavab oyununda qələbə istəyir

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/4 finalının “Barselona” ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, Barselonada keçirilmiş ilk oyunda “blauqrana” 4:0 hesablı qələbə qazanıb.

Niko Kovaç doğma meydanda baş tutacaq cavab matçından öncəki mətbuat konfransında bunları söyləyib:

“Biz öz vəziyyətimizi gözəl başa düşürük. Biz özümüzü ən yaxşı tərəfdən göstərmək niyyətindəyik və qələbə qazanmaq istəyirik. Oyuna ilk dəqiqələrdən qoşulmaq gərəkdir, tribunaların dəstəyi isə bizə kömək etməlidir”, – UEFA-nın mətbuat xidməti xorvat mütəxəssisdən sitat gətirir.

“Borussiya” – “Barselona” oyunu bu gün, aprelin 15-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: