Niko Uilyams gələcəyi haqda sualı cavabladı

Futbol üzrə İspaniya yığma komandasının sol vingeri Niko Uilyams Bilbao “Atletik”indəki gələcəyi haqda danışıb.

Arena.az Uilyamsın bu barədə fikirlərini təqdim edir:

“Adımın böyüdüyünü bilirəm. Amma hazırda bütün diqqətimi AÇ-2024-ə yönəltmişəm. Mən sevgini və daha çox uşaq üçün kumir olmaq fürsətini yüksək qiymətləndirirəm”, deyə Uilyams vurğulayıb.

Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Uilyams Bilbao klubunun heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: