Noa Lanq rəsmən “Napoli”də!

Niderlandın PSV komandasının cinah hücumçusu Noa Lanq bundan sonra İtaliya çempionu “Napoli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin yayına qədər) müqavilə imzalanıb. “Napoli” bu transfer üçün PSV-yə 25 milyon avro məbləğ ödəyib.

Neo Lanq 2023-cü ilin yayından PSV-də çıxış edirdi. Müdafiəçi 2024/2025-ci illər mövsümündə Niderland klubunnun heyətində meydana çıxdığı 44 oyunda 14 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Onun PSV karyerası bütövlükdə 63 oyun, 19 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

“Feyenoord”, “Beşiktaş”, “Ayaks” kimi klubların futbol akademiyalarından keçmiş Noa Lanq, karyerası ərzində “Tvente”, “Brügge” kimi klubların da formasını geyinib. Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2021-ci ildə əsas millidə debüt edib. 26 yaşlı futbolçu Niderland millisində 14 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: