“Nottingem Forest” “meşəçilər”in 28 yaşlı nigeriyalı sağ cinah müafiəçisi Ola Ayna ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Ola Ayna “Çelsi”nin məzunudur. Müdafiəçi, karyerası ərzində “Hall Siti”, “Torino” və “Fulhem”də oynayıb.
“Nottingem Forest” Aynanı 2023-cü ilin iyul ayında “Torino”dan azad agent qismində “meşəçilər”in heyətinə qatıb.
2024/2025-ci illər mövsümündə Ayna İngiltərə klubu üçün 37 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Aynannı “meşəçilər” üçün çıxışının ümumi mənzərəsi isə 59 oyun, 3 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Ola Ayna 2017-ci ilin oktyabr ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 46 oyun keçirib, 4 məhsudlar ötürmə verib.
Ayna böyük futbolda “Çelsi” ilə 2016/2017-ci illər mövsümünün İngiltərə Premyer Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı nigeriyalı müafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


