“Nottingem Forest” paraqvaylı sol vinger Ramon Sosanı “Talyeres”dən tamhüquqlu keçid əsasında “meşəçilər”in düşərgəsinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid “Nottingem Forest”ə 12 milyon avro məbləğində başa gəlib. Sosa yjreni klubu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Ramon Sosa Asunsyon “River Pleyt”inin yetirməsidir. Sosa karyerası ərzində “Olimpiya” (Asunsyon), “Ximnasiya La-Plata” və “Talyares”də çıxış edib.
Ramon Sosa “Talyeres”in heyətində ümumilikdə 56 oyun keçirib, 17 qol vurub, 13 məhsuldar ötürmə verib.
Ramon Sosa 2022-ci ilin noyabrında debüt etdiyi Paraqvay yığmasının heyətində 14 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Ramon Sosa böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı paraqvaylı sol vingerin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.


