Nurani Şahruddinlə komanda yoldaşı oldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor” klubu tunisli sol cinah vingeri Motez Nurani ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə Adana klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tunusin “Tatauine” klubundan transfer olunmuş 22 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Türkiyə təmsilçisinin bu transfer üçün nə qədər təzminat ödədiyi açıqlanmır.

Motez Nurani “Tatauine” klubuna 2023-cü ilin avqust ayında “İttihad Shorta”dan gəlib. O, sözügedən komandanın heyətində 9 oyuna çıxıb.

Xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: