“Nyukasl” – “Mançester Siti” matçında 7 qol

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Artıq çempionluğu rəsmiləşən “Mançester Siti” “Nyukasl”ın qonağı olub. Yeddi qolun qeydə alındığı bu görüşdə “şəhərlilər” çətin qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası
36-cı tur
11 may

Mançester Yunayted – Lester 1:2
Qol: Qrinvud, 15 – Tomas, 10. Ç.Söyüncü, 66.

12 may

Çelsi – Arsenal 0:1
Qol: Smit Rou, 16.

14 may

Nyukasl – Mançester Siti 3:4
Qol: Kraft, 25. Joelinton, 45+6-pen. Uillok, 62 – Kanselo, 39. Torres, 42; 64; 66.

15 may

15:30. Bernli – Lids
18:00. Sauthempton – Fulhem
23:00. Brayton – Vest Hem

16 may

15:00. Kristal Pelas – Aston Villa
17:05. Tottenhem – Vulverhempton
19:30. Vest Bromviç – Liverpul
22:00. Everton – Şeffild Yunayted

Xəbəri sosial şəbəkələrdə paylaş: