“Nyukasl” Rafinya üçün “Barselona”ya təklif irəli sürdü

İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl” “Barselona”nın braziliyalı vingeri Rafinya Diası transfer etməkdə maraqlıdır.

Arena.az bu barədə “Jijantes FC”yə istinadən xəbər verir.

Kataloniya klubundan 26 yaşlı futbolçunu almaq üçün “sağsağanlar” 30 milyon avro və üstəlik əsas yarımmüdafiəçisi Bruno Gimarayns ilə vidalaşmağa hazırdırlar.

Əks tərəfdən bu mövzuya dair hələ heç bir reaksiya verilmədiyi bildirilir.

2022/2023 mövsümündə Rafinya “Barselona”nın heyətində 50 oyun keçirib, 10 qol vurub, 12 məhsuldar ötürmə ilə fərqlənib, komandası ilə La Liqanı və İspaniya Super Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı Rafinyanı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: