Oğulcan Çağlayan “Qalatasaray”ı “Pendikspor”a dəyişdi

Türkiyənin “Girəsunspor” klubu bu mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürdüyü Oğulcan Çağlayan ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı icarə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Girəsun klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Oğulcan Çağlayan artıq özünə yeni iş yeri də tapıb. O, TFF 1-ci liqa təmsilçisi “Pendikspor”a keçib. Aşağı liqa klubu onu “Qalatasaray”dan bu mövsümün sonuna kimi icarəyə götürüb.

Oğulcan bu mövsüm “Girəsunspor”da cəmi 11 oyuna çıxıb. 26 yaşlı forvard bu matçlarda qol sevinci yaşamayıb.

2020-ci ilin avqustundan “Qalatasaray”da olan Oğulcan, İstanbul təmsilçisində 29 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Qaziantepspor”, “Kayseri Ərciyəsspor”, “Kayserispor”, “Rizəspor”, “Qaziantep” və “Eyüpspor”da da forma geyinib. Hücumçu Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: